“Bakı Fond Birjası” QSC (BFB) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, birja ötən il 1,8 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə təxminən 76% çoxdur.
Bu ilin əvvəlinə BFB-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 3,85% az - 10,9 milyon manat təşkil edib.
Birjanın öhdəlikləri 3,8 milyon manat (2,4 dəfə çox), balans kapitalı isə 7,2 milyon manat (20,1% az), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.