SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanın dövlət büdcəsinin profisiti 1% artıb

Azərbaycanın dövlət büdcəsinin profisiti 1% artıb

  • 08 may 2026, 09:46

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 564 milyon manat, xərcləri isə 10 531,1 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,9% və 3,9% azdır.

4 ay ərzində büdcə gəlirlər proqnozdan 0,7% çox, xərcləri isə 3,7% az icra edilib.

Son nəticədə dövlət büdcəsində 3 032,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 1% çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları