SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda ötən il 1 milyard manatdan çox vergi “zorla yığılıb”

Azərbaycanda ötən il 1 milyard manatdan çox vergi “zorla yığılıb”

  • 17 sentyabr 2025, 17:23

2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 93,3%-i və yaxud 14 748,9 milyon manatı könüllü ödənilib.

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, könüllü bəyan etmə qeyri-neft-qaz sektoru üzrə 90,9 % və yaxud 10 058,2 milyon manat olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 15 808 milyon manat vergi yığılıb. Bu da o deməkdir ki, 1 059 milyon manat vergi “zorla” – yəni məcburi şəkildə toplanılıb.

Prime Leasing
SPE Annual Caspian