Bu il yanvarın 1-nə Azərbaycanda debitor borc 7 milyard manat təşkil edib.
Yurd.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə debitor borc 1 milyard manat və yaxud təxminən 17% artıb.
Ötən il debitor borcun artım tempi dövlət büdcəsi xərclərinin artım tempini 14,6 faiz bəndi üstələyib.