SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda BOKT nizamnamə kapitalını daha 2 milyon manat artırdı

Azərbaycanda BOKT nizamnamə kapitalını daha 2 milyon manat artırdı

"KredAqro BOKT" MMC nizamnamə kapitalını kəskin artırdı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un nizamnamə kapitalı 2 milyon manat və ya 66% artırılaraq 5 milyon manata çatdırıb.

Qeyd edək ki, "KredAqro BOKT" ötən ay da nizamnamə kapitalını 2 milyon manat atrırmışdı. Beləcə 2 ayda BOKT-un nizamnamə kapitalı 1 milyon manatdan 5 milyon manata çatdırılıb.  

2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro BOKT" MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə təmsil olunur. Onun rəhbəri Anar Əkbərovdur.

2025-ci ilin ilk yarısında "Kred Aqro"nun cəmi aktivləri 2 milyon 133 min manat və ya 17,8% azalaraq 9 milyon 818 min manata geriləyib.

"Kred Aqro BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Rusiyanın "Agromostfinans" şirkətinə məxsusdur.

Prime Leasing
SPE Annual Caspian