Azərbaycanda 8-11 noyabr tarixlərinə təsadüf edən qeyri-iş günlərində ölkədəki 22 bankdan 7-si fəaliyyət göstərməyəcək.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, həmin banklar “Bank Avrasiya”, “Bank of Baku”, “Bank VTB Azərbaycan”, “Express Bank”, “Rabitəbank”, “Zıraat Bank Azərbaycan” ASC-lər, İran Milli Bankının Bakı filialıdır.
Qalan 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək. Məqsəd bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsidir.