2025-ci ildə Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə 15,3 milyon manat, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə isə 3,95 milyon manat sığorta haqqı toplanılıb.
Yurd.Meüdia xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 29,9% az və 5 dəfə çoxdur.
Ötən il hər iki sığorta növü üzrə hadisə qeydə alınmayıb, ödəniş 100% azalıb.
Bu sığorta növü üzrə “İpək Yolu Sığorta” ASC xidmət göstərir. Onun əsas müştərisi isə “Azərbaycan Hava Yolları” QSC-dir.