Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat faiz gəliri əldə edilib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4,3 dəfə çoxdur.
Xatırladaq ki, nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə bu ildən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlayıb.
Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinin məbləğinə görə ən iri beş yerli bankda depozitə yerləşdirilməsi üzrə hərraclar keçirilir.