SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Azər Türk Bank” 17,3 milyon manat kreditdən ümidini itirib

“Azər Türk Bank” 17,3 milyon manat kreditdən ümidini itirib

  • 23 may 2026, 20:53

“Azər Türk Bank”ın ümumi kredit portfeli 2026-cı ilin ilk üç ayında 814 milyon 700 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 806 milyon 441 min manat olub.

Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, bankın kredit portfeli illik müqayisədə 8 milyon 259 min manat və ya 1,02% artıb.

2026-cı ilin yanvar-mart aylarında bankın təhlükəli kreditlərinin həcmi 3 milyon 539 min manat və ya 349,7% artaraq 4 milyon 551 min manat olub. 2025-ci ilin ilk üç ayında isə bu rəqəm 1 milyon 12 min manat təşkil edib. 

Hesabat dövründə bankın ümidsiz kreditlərinin həcmi 17 milyon 261 min manat olub. Bu göstərici ötən ilin eyni dövründə 11 milyon 344 min manat idi. Beləliklə, ümidsiz kreditlər illik ifadədə 5 milyon 917 min manat və ya 52,2% artıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları