“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarları aktivlərin idarə edilməsi üzrə törəmə şirkətin yaradılmasını, eləcə də Özbəkistandakı “Davr Bank”da 51% iştirak iştirak payının (nəzarət səhm paketinin) alınmasını məqsədəuyğun hesab edib.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.
Məlumata görə, bununla bağlı razılıq Bankın səhmdarlarının mayın 7-də keçirilmiş növbəti ümumi yığıncağında əldə olunub.