SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
İpoteka və Kredit Zəmanət Fondu ötən il 27 milyon manata yaxın mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu ötən il 27 milyon manata yaxın mənfəət əldə edib

  • 03 iyul 2026, 12:20

İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Fond ötən il 26,85 milyon manat mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15,5% çoxdur.

Bu ilin əvvəlinə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri ötən ilin əvvəlinə nisbətən 19,3% çox - 4 000,8 milyon manat, o cümlədən kredit portfeli 11,8% çox – 2 546 milyon manat təşkil edib.

Fondun öhdəlikləri 2 661,2 milyon manat (25,2% çox), balans kapitalı isə 1 339,6 milyon manat (9,1% çox), o cümlədən nizamnamə kapitalı 1 153,4 milyon manat (8% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları