"Meqa Həyat Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 1,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
Bu il aprelin əvvəlinə "Meqa Həyat Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 8,3% az – 40,4 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 23,3 milyon manat (20,7% az), balans kapitalı isə 17,1 milyon manat (16,5% çox), o cümlədən nizamnamə kapitalı 11 milyon manat (dəyişməyib) olub.