"Qala Həyat Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 2 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 5% azdır.
Bu il aprelin əvvəlinə "Qala Həyat Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 8,7% çox – 51,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 23,5 milyon manat (21,5% çox), balans kapitalı isə 27,7 milyon manat (0,3% az), o cümlədən nizamanmə kapitalı 13 milyon manat (dəyişməyib) olub.