SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycanın sığorta bazarında artım 4%-dən aşağı düşüb

Azərbaycanın sığorta bazarında artım 4%-dən aşağı düşüb

  • 22 may 2026, 13:32

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-aprel aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb. 

Yurd.Media xəbər verir ki, 4 ay ərzində yerli sığorta şirkətləri 610,2 milyon manat sığorta haqqı toplayıb, 304,35 milyon manat sığorta ödənişi edib. 

Bunlar, ötən ilin eyni dövrünə nisbətən 3,7% və 31,6% çoxdur. 

Xatırladaq ki, yanvar-mart aylarının yekununda sığorta haqları 4,7%, sığorta ödənişləri isə 33,2% artmışdı. 

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları