SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
İpək Yolu Sığorta I rübün maliyyə hesabatını verib

"İpək Yolu Sığorta" I rübün maliyyə hesabatını verib

  • 21 may 2026, 12:32

"İpək Yolu Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 0,9 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.

Bu il aprelin əvvəlinə "İpək Yolu Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 2,7% az - 21,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 5,2 milyon manat (4,6% az), balans kapitalı isə 16,2 milyon manat (2,1% az), o cümlədən nizamnamə kapitalı 14,8 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları