"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 0,1 milyon manat zərər edib (ötən ilin eyni dövrünü 0,4 milyon manat xalis mənfəətlə başa vurmuşdu).
Bu il aprelin əvvəlinə ASS-nin aktivləri ötən il aprelin əvvəlinə nisbətən 10% çox - 38,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 28,7 milyon manat (31% çox), balans kapitalı isə 9,5 milyon manat (25,9% az), o cümlədən nizamanmə kapitalı 11 milyon manat (dəyişməyib) olub.