Aqrar Sığorta Fondunun idarəedici təşkilatı – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2024-cü ilin maliyyə hesabatını açıqlasa da, Fond hələ ki, ötən ilin maliyyə hesabatını verməyib.
Yurd.Media xəbər verir ki, qurumun internet səhifəsində sonuncu dəfə 2023-cü ilin hesabatı yerləşdirilib.
Xatırladaq ki, Aqrar Sığorta Fondu ölkə prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 9 milyon manatdır.