2026-cı ildə dövlət büdcəsindən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin saxlanılmasına 12,4 milyon manat vəsait ayrılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə təxminən 9% çoxdur.
Bu il Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin saxlanılmasına büdcədən 11,4 milyon manat ayrılıb.
Dövlət Agentliyinə Elnur Bağırov rəhbərlik edir.