Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) 1 121,55 milyon manat bölüşdürülməmiş mənfəəti olub.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15,3% çoxdur.
Ötən il AMB-nin bölüşdürülməmiş mənfəətinin onun balans kapitalındakı payı 48,7%-dən 51,9%-ə yüksəlib.