Bu ilin I yarısında Azərbaycan banklarının əldə etdiyi xalis mənfəəti onların iyulun 1-nə malik olduqları aktivlərin 1%-i qədər olub.
Yurd.Media xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivlərinin gəlirliliyi 0,2 faiz bəndi azalıb.
Yanvar-iyun aylarında 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edən İran Milli Bankının Bakı filialı olub. Bu bankın 6 aylıq xalis mənfəəti onun aktivlərinin 2,6%-ni təşkil edib. Mənfəətlə işləyən banklar arasında ən aşağı göstəricini isə “Turan Bank” ASC nümayiş etdirib – 0,2%. I yarımili zərərlə başa vurmuş “Bank BTB” ASC isə təbii olaraq aktivlərinin 0,5%-i qədər zərərliliyə malik olub.
Son 1 ildə aktivlərdən istifadə vəziyyəti 22 bankdan 6-da yaxşılaşıb, 3-də dəyişməyib, 13-də isə pisləşib.
№
| Kommersiya bankının adı | Bankın aktivlərinin gəlirliliyi | |
|
| ||
|
| I yarımil, 2025 | I yarımil, 2024 |
1 | İran Milli Bankı - Bakı | 2,6% | 3,0% |
2 | Bank Avrasiya | 2,3% | 0,5% |
3 | Bank VTB Azərbaycan | 1,9% | 1,6% |
4 | Yelo Bank | 1,5% | 2,3% |
5 | Bank of Baku | 1,4% | 1,2% |
6 | Access Bank | 1,3% | 1,8% |
7 | Kapital Bank | 1,2% | 1,2% |
8 | Azərbaycan Beynəlxalq Bankı | 1,1% | 1,3% |
9 | Bank Respublika | 1,0% | 1,2% |
10 | PAŞA Bank | 1,0% | 1,4% |
11 | Premium Bank | 1,0% | 0,9% |
12 | AFB Bank | 0,9% | 0,2% |
13 | Zıraat Bank Azərbaycan | 0,9% | 1,1% |
14 | Xalq Bank | 0,8% | 1,1% |
15 | Yapı Kredi Bank Azərbaycan | 0,8% | 0,8% |
16 | Express Bank | 0,7% | 1,1% |
17 | Rabitəbank | 0,6% | 0,9% |
18 | Azərbaycan Sənaye Bankı | 0,4% | 0,4% |
19 | Azər-Türk Bank | 0,4% | 0,9% |
20 | Unibank | 0,4% | 0,7% |
21 | Turan Bank | 0,2% | 0,1% |
22 | Bank BTB | -0,5% | 0,1% |
| Orta hesabla | 1,0% | 1,2% |