“Access Bank” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 49,1 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 9,3% azdır.
Bu ilin əvvəlinə “Access Bank”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 19,2% çox - 1 770,4 milyon manat, o cümlədən xalis kredit portfeli 15,7% çox – 1 275,6 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 537,7 milyon manat (17,9% çox), o cümlədən depozit portfeli 1 132,4 milyon manat (10,3% çox), balans kapitalı isə 232,7 milyon manat (28,5% çox), o cümlədən nizamnamə kapitalı 121,75 milyon manat (dəyişməyib) olub.