SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Nazir mərmər bağacığı ilə mübarizə üçün rayon icra başçılarını topladı

Nazir mərmər bağacığı ilə mübarizə üçün rayon icra başçılarını topladı

  • 19 fevral 2026, 17:58
Tovuz

Tovuzda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, bu rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirakı ilə müşavirə kecirilib.

Yurd.Media xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov  "Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə" mövzusunda regional müşavirədə bildirib ki, Azərbaycanda mərmər bağacığı ilə mübarizə çərçivəsində 31 rayon üzrə 12 min 630 nöqtədə monitorinqlər aparılıb, 3 minə yaxın ocaqda kimyəvi mübarizə başa çatdırılıb.

M.Məmmədovun sözlərinə görə, qarşıda duran ən mühüm məsələlərdən biri kənd təsərrüfatı bitkilərinə və ekosistemə ciddi təhlükə yaradan qəhvəyi mərmər bağacığına qarşı mübarizənin cari vəziyyətini dəyərləndirmək və gələcəkdə atılacaq addımların effektivliyini təmin etməkdir. Fitosanitar monitorinq və maarifləndirmə tədbirlərinin nəticələri barədə məlumat verən nazir qeyd edib ki, mübarizə işinin daha uğurlu nəticələnməsi həm də insanların məlumatlılığından asılıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları