SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Kənd təsərrüfatı naziri: Bu proqram aqrar sektorun müasir kadr siyasətinin təməlini qoyur

Kənd təsərrüfatı naziri: "Bu proqram aqrar sektorun müasir kadr siyasətinin təməlini qoyur"

Kənd Təsərrüfatı Nazirliyində Yüksəliş Müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Yurd.Media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma mərasimi keçirilib.

Mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi kənd təsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaqdır:

"Bu bizim üçün sadəcə bir proqram yox, aqrar sektorun müasir kadr siyasətinin təməlini qoyan bir addımdır”. 

Onun sözlərinə görə, “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi uğurla başa çatıb.

“Bu gün artıq “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi uğurla başa çatıb və 30 qalib iştirakçımız müəyyən olunub. Bu nəticə hər birinizin göstərdiyi yüksək peşəkarlığın, liderlik potensialınızın və gələcək məsuliyyətlərə hazırlığınızın bariz göstəricisidir. Qalibiyyətiniz yalnız bu günə qədər olan nailiyyətlərinizin göstəricisi deyil, eyni zamanda peşəkar inkişaf yolunuzda yeni və daha geniş imkanların başlanğıcıdır. “Üfüq” proqramı ilə əldə etdiyiniz bu uğur sizə daha böyük hədəflərə doğru inamla irəliləmək üçün möhkəm zəmin yaradır”.

Prime Leasing