SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bölgələrdə Aqrar İnkişaf Mərkəzlərində rəhbərlər dəyişikliyi - SİYAHI

Bölgələrdə Aqrar İnkişaf Mərkəzlərində rəhbərlər dəyişikliyi - SİYAHI

  • 12 fevral 2026, 20:51

Azərbaycanda bir sıra bölgələrdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri işdən çıxarılıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ, Balakən, Nefçala və Hacıqabul Aqrar İnkişaf Mərkəzlərini direktorları vəzifəsindən azad edilib.

* Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Əhmədov Rahib Səhrab oğlu vəzifəsindən azad edilib. Onun yerinə Ağayev Namiq Tofiq oğlu direktor əvəzi təyin olunub.

* Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Şərifov Məhəmməd Şirin oğlu işdən çıxarılıb. Direktor əvəzi vəzifəsinə Səmədov Elvin Rafiq oğlu gətirilib.

* Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzi: 2024-cü ildən direktor olan Əsədov Elsevər Cəmaləddin oğlu vəzifəsindən azad olunub. Əvəzində Əhmədli Miradil Hacımirələkbər oğlu direktor əvəzi təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında mənimsəmə faktına görə, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abuzərov Ariz Arif oğlu vəzifəsindən azad olunub. O, 2021-ci ildən sözügedən vəzifəni tuturdu. Yeni direktor əvəzi vəzifəsinə Quliyev Elşən Rəsul oğlu təyin edilib. 

Bu barədə nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları