SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Beyləqan birinci oldu

Beyləqan birinci oldu

  • 26 dekabr 2025, 11:12
Beyləqan

Bu il Azərbaycanda pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb.

Bu barədə Yurd.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu rayonda orta məhsuldarlıq göstəricisi 41,88 sentner/ha təşkil edib.

Rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 37 264,1 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,79 sentner/ha), Biləsuvar (39,90 sentner/ha), Tərtər (37,61 sentner/ha), Bərdə (37,31 sentner/ha) və Saatlı (36,06 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

2025-ci təsərrüfat ilində 16 rayonda pambıq əkilib. Əkinlərin 86 %-ə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları