SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycanda peşəkar aqronomların hazırlanması müzakirə olunacaq

Azərbaycanda peşəkar aqronomların hazırlanması müzakirə olunacaq

Milli Məclisdə Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti ilə bağlı ictimai dinləmənin keçirilməsi planlaşdırılır.

Bunu Yurd.Media-ya Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, payız sessiyası dövründə təşkil olunacaq ictimai dinləmədə universitetdə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanması müzakirə ediləcək.

Komitə üzvü vurğulayıb ki, 1990-cı illərin əvvəlində kənd təsərrüfatı sahəsində çətinliklər müşahidə olunurdu, mütəxəssis çatışmazlığı var idi:

"Digər ölkələrdən aqronomlar dəvət edirdik. İndi bunu aradan qaldırmaq lazımdır. Bu mənada universitet işləyir, mütəxəssislər yetişməkdədir. Biz hansı istiqamətdə boşluqlar varsa, onu aradan qaldırmalıyıq. İctimai dinləmə bu kimi məsələlərin həlli üçün nəzərdə tutulub".

Deputat Vüqar İskəndərovDeputat Vüqar İskəndərov

Prime Leasing