İndiyə qədər Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazları ilə ümumi dəyəri 109,7 milyon ABŞ dolları olan təxminən 1 694 təkrar bazar əməliyyatı aparılıb.
Bu barədə Yurd.Media-ya SOCAR-dan bildirilib.
Məlumata görə, hazırda bu istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağızlardır.