Qızılın qiyməti 3700 dollara yüksələ bilər

Qızılın qiyməti 3700 dollara yüksələ bilər

  • 14 aprel 2025, 15:39

“Goldman Sachs” analitikləri 2025-ci ilin sonu üçün qızılın unsiyasının qiymət proqnozunu 3300 dollardan 3700 dollara qaldırıblar.

Yurd.Media xəbər verir ki, ABŞ-də tənəzzül baş versə, qızıla tələbat daha da artacaq və qiymətlər 2025-ci ilin sonunadək 3880 dollara çatacaq.

Onların fikrincə, 2026-cı ilin ortalarında qızılın unsiyasının qiyməti 4 min dollara çata bilər.

Qeyd edək ki, aprelin 14-də səhər saatlarında “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti 0,1 faiz bahalaşaraq unsiyası 3247,1 dollara yüksəlib. Bundan öncə ticarət sessiyasında qiymət 3260 dollardan yuxarı qalxaraq yeni rekorda imza atıb.

Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Amerika Birləşmiş Ştatlarının 185 ölkə ilə ticarət müharibəsi səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.