Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına düşüb

Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına düşüb

  • 14 aprel 2025, 15:03

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.

Yurd.Media xəbər verir ki, bu barədə mütəxəssisin 85 illiyi münasibətilə keçirilən tədbirdə məlumat verilib. Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.

Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb.

Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara sertifikat təqdim edib.