SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bakı metrosu 5 ildən sonra “şeytanın qıçını sındırdı”

Bakı metrosu 5 ildən sonra “şeytanın qıçını sındırdı”

  • 22 dekabr 2025, 11:27
Bakı

"Bakı Metropoliteni" QSC 5 illik fasilədən sonra maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər veriri ki, Səhmdar cəmiyyəti ötən il 139,6 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 81,6% çoxdur və maraqlıdır ki, gediş haqqının 40 qəpikdən 50 qəpiyə qaldırılması fonunda baş verib. Özü də il ərzində metronun sərnişindaşımadan gəlirləri təxminən 20% artaraq 100 milyon manata, dövlət büdcəsindən aldığı subsidiya isə təxminən 30% artaraq 50 milyon manata çatıb.

Bu ilin əvvəlinə "Bakı Metropoliteni"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 1% çox - 418,8 milyon manat təşkil edib.

Metronun öhdəlikləri 33,3 milyon manat (34% çox), balans kapitalı isə 385,5 milyon manat (1,1% az), o cümlədən nizamnamə kapitalı 2 580,6 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları