SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Velosiped və motosiklet sürücüləri üçün Ziya Bünyadov prospektində TƏHLÜKƏ - FOTO

Velosiped və motosiklet sürücüləri üçün Ziya Bünyadov prospektində TƏHLÜKƏ - FOTO

Bakı

Ziya Bünyadov prospekti ərazisində bir sıra yağış barmaqlıqlarının açıq qalması sürücülər üçün ciddi risk yaradır.

Yurd.Media xəbər verir ki, problem xüsusilə velosiped və motosiklet sürənlər üçün həyati təhlükəyə çevrilib. 

Kuryer Orxan Əliyevin sözlərinə görə, çatdırılma xidmətinin işçiləri əsasən yolun sağ kənarı ilə hərəkət etdiyindən açıq qalan barmaqlıqları son anda görürlər və sıx, sürətli nəqliyyat axınında onların yanından təhlükəsiz keçmək demək olar ki, mümkün olmur. Xüsusilə axşam və gecə saatlarında görünüşün zəifləməsi riski daha da artırır.

“Kimsə bu açıq yerlərə düşərsə, həm özü ağır xəsarət ala, həm də digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarada bilər”, – deyə o vurğulayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın zamanda problem aradan qaldırılacaq və açıq yağış barmaqlıqlar yenidən bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi daha əvvəl açıqlamasında bu tip yağış barmaqlıqlarının tez-tez metal toplayan şəxslər tərəfindən oğurlandığını bildirmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları