Zığ bağlarında yolda iri çuxurlar yaranıb, avtomobillər çətinliklə hərəkət edirlər.
Yurd.Media xəbər verir ki, Suraxanı rayonu, Zığ bağları, Samir Əliyev küçəsinin sakinləri bildirirlər ki, yolun bu vəziyyətdə olması, onların gediş-gəlişlərinə menaə yaradır.
Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara müraciət ediblər. Lakin problemin həlli istiqamətində heç bir addım atılmayıb.
Məsələ ilə bağlı "Xəzər Xəbər" Suraxanı Rayon İcra Hakimmiyətinə müraciət edib. Lakin, icra hakimiyyətindən hər hansısa mövqe öyrənmək mümkün olmayıb.