SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bakının bu küçələrinə də giriş bağlandı

Bakının bu küçələrinə də giriş bağlandı

  • 13 sentyabr 2026, 20:07
Bakı

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrindəki məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir aparılan ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.

Skat.az - Ev və Avtomobil elanları