SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
AAYDA-nın 9 qurumu fəaliyyətini dayandırır

AAYDA-nın 9 qurumu fəaliyyətini dayandırır

  • 02 sentyabr 2026, 19:38

Azərbaycanda daha bir neçə yol istismarı qurumu fəaliyyətini dayandırır.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:

“19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Nazim Eynallı,

“7 №-li Yol İstismarı” MMC – direktoru Məzahir Əliyev,

“16 №-li Yol İstismarı” MMC – direktoru Aqil Niftalıyev,

“18 №-li Yol İstismarı” MMC – direktoru Ərrəhman Əhmədov,

“19 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Həsənov,

“21 №-li Yol İstismarı” MMC – direktoru İlham Əzizli,

“22 №-li Yol İstismarı” MMC – direktoru Pünhan Ağamalıyev,

“39 №-li Yol İstismarı” MMC – direktoru Aydın Cəfərov,

“5 №-li Magistral Yolların İstismarı” MMC – direktoru Arif Abbasov.

Xatırladaq ki, daha əvvəl Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı MMC-lər, 1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər, 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib. Həmçinin 10, 11, 12, 13, 15, 20, 33, 45, 50 nömrəli Yol İstismarı MMC-lər, eləcə də “6 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC də ləğv olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları