SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İki ildə yol nişanlanmasına 80 milyon manatdan çox vəsait ayrıldı

İki ildə yol nişanlanmasına 80 milyon manatdan çox vəsait ayrıldı

  • 04 sentyabr 2026, 20:53

Azərbaycanda iki ildə yol nişanlanması və xəttlənməsinə 80 milyon manatdan çox vəsait ayrılıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu il respublika üzrə yollarda nişanlanma işlərinə sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

Nişanlanma işlərinin həyata keçirilməsi üçün “STP-Btech” şirkəti 36.1 milyon manat ödəniş təklif edib.

Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, AYNA ötən il respublika ərazisində - magistral yollarda xətlənmə işlərinə 11 milyon 465 min manat, nişanlanma işlərinə isə 33 milyon 549 min manat (ümumilikdə 45 milyon manat) vəsait sərf edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları