SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Rayonlararası avtobus marşrutları bu şəxslərə həvalə olundu

Rayonlararası avtobus marşrutları bu şəxslərə həvalə olundu

  • 22 dekabr 2025, 19:02

Bir sıra rayonlararası və kəndlərlə rayonlar arası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi - Qusar avtovağzalı, Əniq kəndi - Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC, Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu, Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu, Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu, Kuzunqışlaq kəndi - Qusar avtovağzalı və Əniq kəndi - Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları