Qaradağ rayonu Puta və Korköz qəsəbələrinə gedən yoldakı körpünün bir hissəsi aprel ayında uçub və aylardır ki, təmir olunmayıb. Sürücülər üçün körpünün bu vəziyyətdə olması ciddi təhlükə yaradır.
Yurd.Media xəbər verir ki, yoldan istifadə edən sürücülər körpünün uçma səbəbi kimi apreldə yağan yağışların olduğunu deyiblər:
"Yolda bir ədəd belə nişan qoyulmayıb. Aprel ayında güclü yağış körpünün bir hissəsini uçurdu. Həmin gündən bu yol belə bərbad halda qalıb. Burada dəfələrlə yol-nəqliyyat hadisələri baş verib", - deyə şikayətçilər "Xəzər Xəbər"ə bildiriblər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə sözügedən körpünün tam tikinti-bərpa işlərinə start veriləcək.
Daha ətraflı süjetdə: