SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib

  • 27 avqust 2025, 16:14
Ağdam

Avqustun 27-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Prime Leasing