Tərtər rayonunun Buruc kəndində subartezian quyusunun nasosu yenilənib.
Yurd.Media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən qəbul görüşlərindən biri zamanı Buruc kənd sakinləri subartezian quyusunun yanmış nasosunun dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
İcra hakimiyyəti başçısının tapşırığına əsasən Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən subartezian quyusunun yanmış nasosu yenisi ilə əvəz olunub və qurğu yenidən sakinlərin istifadəsinə verilib.