Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Sabirli qəsəbə sakinləri ilə görüşüb.
Yurd.Media xəbər verir ki, səyyar qəbulda həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Sabir qəsəbə sakinləri iştirak ediblər.
Tahir Məmmədov görüş zamanı çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Sabirli qəsəbə sakinləri tərəfindən əsasən qəsəbənin su və kanalizasiya xətti ilə təmin olunması və qəsəbənin yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciətlər səslənib.
Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.