SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramana qəsəbəsinin yolu bərbad vəziyyətdə - VİDEO

Ramana qəsəbəsinin yolu bərbad vəziyyətdə - VİDEO

Bakı

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində baxımsız qalan yol bərbad vəziyyətə düşüb.

Yurd.Media xəbər verir ki, qəsəbəsinin Firudun bəy Köçərli küçəsində, xüsusilə məktəbin yaxınlığında yolun vəziyyəti ciddi narahatlıq doğurur. Yüzlərlə şagirdin istifadə etdiyi yol yağışlı havalarda tamamilə yararsız vəziyyətə düşür. Bu səbəbdən şagirdlər özləri ilə əlavə çəkmə götürməyə məcbur olurlar. Sakinlər isə qışda palçıqdan, yayda isə toz-torpaqdan təngə gəldiklərini bildirirlər. Piyadalarla yanaşı, sürücülər də yolun bərbad vəziyyətdə olmasından narazıdırlar.

Məsələ ilə bağlı Ramana qəsəbəsi üzrə rayon icra nümayəndəliyindən “ATV Xəbər”ə bildirilib ki, qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir:

"Ramana qəsəbəsinin Firudun bəy Köçərli küçəsində də yolun təmiri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məktubla müraciət olunub. Avtomobil Yolları Dövlət Agentliyindən isə qeyd edilib ki, vəsait ayrıldıqdan sonra yolun təmiri həyata keçiriləcək".

Ramana qəsəbəsinin yolu bərbad vəziyyətdə - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları