SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şamaxı sakinlərindən elektrik enerjisi təsərrüfatının yenilənməsi MÜRACİƏTİ

Şamaxı sakinlərindən elektrik enerjisi təsərrüfatının yenilənməsi MÜRACİƏTİ

Şamaxı

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Kələxana kənd sakinləri ilə görüşüb. 

Yurd.Media xəbər verir ki, səyyar qəbulda həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər. 

Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə  bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb. 

Qəbul zamanı Kələxana kənd sakinləri tərəfindən əsasən kəndin elektrik enerjisi təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlər səslənib.

Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları