Ağdaşda elektrik təsərrüfatının yenidən qurulması sahəsində görülmüş işlər açıqlanıb.
Ağdaş Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, rayon ərazisində ötən ilin martından etibarən 10 kV-luq elektrik verilişi xətlərində yeni metal dayaqların böyük hissəsi quraşdırılıb, ümumilikdə 17 kilometr məsafədə müasir standartlara cavab verən SİP-3 markalı naqillər çəkilib.
Eyni zamanda 0,4 kV-luq elektrik verilişi xətlərinin yenidən qurulması istiqamətində də işlər görülüb, yeni metal dayaqların əhəmiyyətli hissəsi quraşdırılıb və 8 kilometr uzunluğunda OİN markalı kabel xətti çəkilib.
Layihə çərçivəsində müxtəlif gücə malik komplekt transformator məntəqələrinin quraşdırılması üçün müvafiq infrastruktur yaradılıb, ümumilikdə 73 ədəd transformator məntəqəsi üçün kürsülər hazırlanıb. Onlardan 10 dəsti artıq quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib.