SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Daşkəsəndə selin uçurduğu avtomobil yolu təmir olunur

Daşkəsəndə selin uçurduğu avtomobil yolu təmir olunur

  • 30 mart 2026, 19:58
Daşkəsən

Daşkəsən rayonunda selin uçurduğu avtomobil yolunda təmir işləri aparılır.

Daşkəsən rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, 27-28 mart 2026-cı il tarixlərində Daşkəsən rayonuna aramsız yağan leysan yağışları nəticəsində ümumi uzunluğu 3 kilometr olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci kilometrində torpaq sürüşməsi baş verib.

Nəticədə 721 nəfərin yaşadığı Alunitdağ qəsəbəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb, ərazi çəpərlənib. “31 saylı Yol İstismarı” MMC və digər aidiyyəti qurumların dəstəyi ilə texnikalar cəlb olunmaqla ərazinin qaya parçalarından və palçıq kütləsindən təmizlənməsi, həmçinin yolun genişləndirilməsi, torpaq-çınqıl örtüyünün salınması işləri həyat keçirilib, gediş-gəliş bərpa olunub.

Qeyd edək ki, Daşkəsəndə qeyri-sabit hava şəraiti davam edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları