SÜJET
Naxçıvan şəhərinin içməli su təchizatı sistemində əhəmiyyətli yeniləmə işləri aparılacaq.
Yurd.Media xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən Naxçıvan şəhərinin içməli sutəmizləyici qurğular kompleksinin modernləşdirilməsi "AQUATECH" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2,8 milyon manat dəyərində müqavilə imzalanıb.
Bu vəsait əks osmos tipli membranların və qurğunun ehtiyat hissələrinin satın alınmasına yönəldiləcək.
Əks osmos texnologiyası suyun tərkibindəki duzları, ağır metalları, bakteriyaları və digər zərərli maddələri 99% səviyyəsində təmizləmək qabiliyyətinə malikdir.