SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Metronun iki stansiyası arasında əlavə piyada tuneli inşa olunur

Metronun iki stansiyası arasında əlavə piyada tuneli inşa olunur

  • 20 yanvar 2026, 14:13
Bakı

Bakı metrosunun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.

Yurd.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa olunacaq.

“Hazırda yeni tunel üzrə qazıntı işləri aparılır. Sözügedən keçid sərnişin axınının daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək və xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tam başa çatdırılıb və artıq tunel səviyyəsinə enilib. Hazırda xətlərin fiziki ayrılması üçün hazırlıq mərhələsi icra olunur. Tikinti işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi inşaat qaydalarına uyğun və təhlükəsizlik tələbləri əsasında aparılacaq. Xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları