SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Metroda xəttlər ayrılır: interval 3 dəqiqə yarıma çatacaq

Metroda xəttlər ayrılır: interval 3 dəqiqə yarıma çatacaq

  • 04 avqust 2026, 13:48

Metroda xəttlərin ayrılmasına başlanıldığından qatarlar arası interval 3 dəqiqə 30 saniyə çatacaq.

"Bakı Metropliteni" QSC-dən Yurd.Media-ya bildirilib ki, avqustun 15-dən metroda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək.

Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.

Qeyd edilib ki, tikinti işləri başa çatdıqdan sonra Yaşıl xətt "Dərnəgül"dən başlayaraq "Cəfər Cabbarlı" stansiyası vasitəsilə "Xətai" stansiyasına qədər fəaliyyət göstərəcək. İlkin mərhələdə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Növbəti mərhələ Y15 stansiyasına qədər tunellər və geri dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə intervalın təxminən 2 dəqiqəyə qədər azaldılması mümkün olacaq.

Məlumata əsasən, xətlərin ayrılması layihəsinin icrası dövründə Qırmızı xətt üzrə bütün stansiyalar fəaliyyətini əvvəlki qaydada davam etdirəcək: "Lakin "Dərnəgül" istiqamətindən gələn qatarlar artıq ortaq sahədə hərəkət etməyəcəyi üçün "28 May"-"Həzi Aslanov" sahəsində mövcud olan 1 dəqiqə 45 saniyəlik intervalı saxlamaq mümkün olmayacaq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları