SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bölgələrdə idman komplekslərində təmirə 3 milyon manatdan çox pul xərclənəcək - SİYAHI

Bölgələrdə idman komplekslərində təmirə 3 milyon manatdan çox pul xərclənəcək - SİYAHI

  • 27 iyul 2026, 21:13

Bir sıra bölgələrdə idman komplekslərinin təmirinə 3 milyon manatdan çox pul xərclənəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin tabeliyində "Azəridmanservis" Məhdud Məsuliyyətli Cəmiyyəti bir sıra təmir işlərinin görülməsi ilə əlaqədar hazırlıqlara başlayıb.

Belə ki, Boradigah idman zalının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin inzibati binasının təmiri və digər zəruri işlərin, Ağdam Olimpiya İdman Kompleksinin binasında təmir işlərinin, Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin futbol meydançasının təbii ot örtüyünün salınması işlərinin, Qazax Olimpiya İdman Kompleksində "Hovuz" binasında təmir işlərinin görülməsi nəzərdə tutulub.

Sözügedən işlərin icrasına ümumilikdə 3,2 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları