"Azəridmanservis" bir minifutbol meydançasını 200 min manata təmir edir.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı şəhəri (Hövsan, Müşviqabad, Sabunçu), Şirvan şəhəri, Ağdaş və Bərdə rayonlarında yerləşən minifutbol meydançalarının təmir-bərpa işləri görüləcək.
Belə ki, Nazirliyin tabeliyində "Azəridmanservis" Məhdud Məsuliyyətli Cəmiyyəti bununla əlaqədar hazırlıqlara başlayıb.
Sözügedən işlərin icrasına 1,2 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.
Layihəyə əsasən, meydançalarda köhnə və yararsız süni ot örtüyü yenisi ilə əvəz olunacaq, sıradan çıxmış metal tor hasarlar sökülərək yenidən quraşdırılacaq, yeni dirəklər və beton özüllər hazırlanacaq. Həmçinin meydançaların ətrafındakı qoruyucu tor sistemi tam yenilənəcək və möhkəmləndiriləcək.