SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Yol istismarı sahəsinə cavabdeh olan daha 11 struktur fəaliyyətini dayandırdı

Yol istismarı sahəsinə cavabdeh olan daha 11 struktur fəaliyyətini dayandırdı

  • 24 iyul 2026, 20:53

Yol istismarı sahəsinə cavabdeh olan daha 11 məhdud məsuliyyətli cəmiyyətin fəaliyyətinin dayandırıldığı açıqlandı.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:

“6 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Tərlan Quliyev;

“10 №-li Yol İstismarı” MMC – direktoru Naməddin Qədirov;

“11 №-li Yol İstismarı” MMC – direktoru Tərlan Məmmədov;

“12 №li Yol İstismarı” MMC – direktoru Rəhman Qədirzadə;

“13 №li Yol İstismarı” MMC – direktoru Əhməd Mirzəbəyov;

“15 №li Yol İstismarı” MMC – direktoru Nizami Sarıyev;

“20 №li Yol İstismarı” MMC – direktoru Zahir Səmədov;

“33 №li Yol İstismarı” MMC – direktoru Mirtağı Abasov;

“45 №li Yol İstismarı” MMC – direktoru Əlirahim Kazımov;

“50 №li Yol İstismarı” MMC – direktoru Ruslan Babayev;

“Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC – direktoru Nizami Məmmədov.

Xatırladaq ki, daha əvvəl Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı MMC-lər, 1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər, 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları